03 iyul 2025-ci il tarixində Biləsuvar Mübariz Təhsil Kompleksinin rəhbərliyi, nümayəndə heyəti və 10-cu sinif şagirdləri Azərbaycan Dillər Universiteti tərəfindən təşkil olunmuş möhtəşəm məzuniyyət mərasimində iştirak edib.
Tədbir yüksək səviyyədə təşkil olunmuş, elmi və təhsil ictimaiyyətinin nümayəndələri, ölkə səfirləri, tələbələr və valideynlərin iştirakı ilə yadda qalan anlarla zəngin keçib.
Tədbirdə liseyin icraçı direktoru Aqşin Bağırov tələbələrə fəxri fərman təqdim edib, 2024/2025-ci tədris ili məzunumuz Gülgün Bağırova maraqlı çıxışıyla yadda qalıb.
Biləsuvar Mübariz Təhsil Kompleksinin tədbirdə iştirakı məktəbin ali təhsil müəssisələri ilə əməkdaşlığa verdiyi önəmin, şagirdlərin gələcək karyera və inkişaf yollarında onlara ilham vermək məqsədinin bir göstəricisi olub.
Tədbir çərçivəsində lisey rəhbərliyi məzun tələbələrlə görüşərək onlara uğurlar arzulayıb.
#BiləsuvarMübarizTəhsilKompleksi






Kateqoriya: Xəbərlər