“Sabahın alimləri” XIII Respublika Müsabiqəsi çərçivəsində Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin 8 şagirdi final mərhələsinə vəsiqə qazanmışdır. ![]()
![]()
![]()
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutu, Mikrobiologiya İnstitutu, Radiasiya Problemləri İnstitututu ilə Kompleksimizin birgə əməkdaşlığı nəticəsində müsabiqənin finalına vəsiqə qazanmış şagirdlərimiz və elmi rəhbərlərini sizlərə təqdim edirik:
Dəmirova Natəvan və Abbaszadə Araz, IX sinif, Biologiya, elmi rəhbər- İbayeva Xuraman
Paşazadə Asi və Əliyeva Nuray, X sinif, Biologiya, elmi rəhbər – Xankişiyeva Vəfa
Əlizadə Elmir və Quliyeva Kəmalə, X sinif, Kimya, elmi rəhbər – Bayramov Şahmar
Babazadə Lamiyyə və Mehdiyev Toğrul, XI sinif, Fizika-astronomiya, elmi rəhbər – İsayev Siyasət
Şagirdlərimizə bu layihədə dəstək olan Mikrobiologiya İnstitutunun baş direktoru , AMEA-nın müxbir üzvü Pənah Muradov, Radiyasiya Problemləri İnstitutunun əməkdaşları-Böyük elmi işçi İbrahim Nuruyev, proqramçı mühəndis Mustafa Kazımov, elektronika mühəndisi Maqsud Nəzərov, laboratoriya müdiri Rəhim Mədətov və qrup rəhbəri Namiq Heydərova, eləcə də Zoologiya İnstitutunun əməkdaşı-aparıcı elmi işçi Rəfiqə Qaziyə təşəkkürümüzü bildiririk.
Şagirdlərimizə və onların elmi rəhbərlərinə final mərhələsində uğurlar arzu edirik!
#BiləsuvarMübarizTəhsilKompleksi
#SabahınAlimləriXIIIRespublikaMüsabiqəsi
#RadiyasiyaProblemləriİnstitutu

Kateqoriya: Xəbərlər